Prezident Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı "Cümə günü verdiyimiz sözə əməl edəcəyik" deyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Finlandiya prezidenti Sauli Niinistö prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələcək.
Sauli Niinistö prezident Ərdoğanın dəvəti ilə martın 16-17-də Türkiyədə işgüzar səfərdə olacaq.
Cümə günü, martın 17-də İstanbulda keçiriləcək görüşlərdə Türkiyə-Finlandiya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.
QAZİLER.AZ