Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, İzmirdən olan deputat Binəli Yıldırımın anası Fahriye Yıldırım vəfat edib.
Bir çox nazir və siyasətçi sosial şəbəkədə paylaşım edərək keçmiş baş nazirə başsağlığı verib.
Fahriye Yıldırımın cənazəsi İstanbulun Çekmeköy rayonundakı Günyamaç Alp Kaya məscidindən dəfn üçün yola salınacaq. (oxu.az)