Ukraynalı pilotlara terror aktı hazırlayan şəxs ələ keçdi

Ukraynalı pilotlara terror aktı hazırlayan şəxs ələ keçdi backend

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Federal Təhlükəsizlik Xidmətinə işləyən casusu ələ keçiriblər.

Qaziler.az 24tv.ua-ya istinadən bildirir ki, Xarkovda ukraynalı pilotlara və xüsusi təyinatlılara qarşı terror aktları hazırlayan FTX agenti saxlanılıb. həmin şəxs gözaltına alınıb.

Xain Ukrayna Silahlı Qüvvələrinin Xarkov ərazisində yerləşən hərbi qulluqçularına qarşı terror aktları hazırlamaqla məşğul olub. İndi onu azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Xain ukraynalı döyüşçüləri izləyərək onların dislokasiya yerlərini, hərəkət marşurutlarını öyrənərək düşmənə çatdırmağa çalışıb. 

Düşmən hərbi pilotlara, Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin komandirlərinə və Ukrayna sTəhlükəsizlik Xidmətinin əməkdaşlarına  xüsusi diqqət yetirib.

 

 

Diaspora