Türkiyənin zəlzələ bölgəsində sel: ölən və itkin düşənlər var - FOTO - VİDEO

Türkiyənin zəlzələ bölgəsində sel: ölən və itkin düşənlər var - FOTO - VİDEO backend

Türkiyənin Adıyaman bölgəsində güclü yağış zəlzələnin vurduğu şəhərdə fəsadlara səbəb olub.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Tokat valisi Numan Hatipoğlu sel səbəbiylə can itkisi olduğunu açıqlayıb.

Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkən Şanlıurfa və Adıyaman indi yağışla mübarizə aparır.

Ötən gecədən başlayan və sonradan intensivliyini artıran yağış şəhərə ciddi ziyan vurub.

Şanlıurfada daşqınlar nəqliyyat vasitələri və insanlar az qala su altında qoyub.

Bölgədəki yağışın yaratdığı fəsadlar aradan aradan qaldırılması üçün gərgin mübarizə aparılarkən Adıyamandan  yağışın yaratdığı ağır vəziyyətlə bağlı xəbərlər gəlib.

Səhər saatlarında şəhərə yağan güclü yağış  gölməçələr yaradıb.

Bölgədəki dağıntıların təmizlənməsi işlərinə də mane olan yağış çadırlara da ciddi ziyan vurub.

Bəzi çadırlarda olan vətəndaşlar sel təhlükəsi səbəbilə GSB yataqxanalarına təxliyyə edilib.

Adıyamanın Gölbaşı mahalına koordinator təyin edilən Tokat valisi Numan Hatipoğlu Tut rayonunda 1 nəfərin öldüyünü, 4 nəfərin isə itdiyini açıqlayıb.

QAZİLER.AZ

 

 

Diaspora