Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ PUA-sı ilə toqquşub

Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ PUA-sı ilə toqquşub backend

Martın 14-də Rusiya qırıcısı Qara dəniz üzərində Amerikanın pilotsuz təyyarəsinə çırpılıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna ABŞ Avropa Komandanlığının mətbuat xidmətinə istinadən xəbər verir.

ABŞ ordusunun məlumatına görə, bu gün Qara dəniz üzərində Rusiyanın iki Su-27 qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 pilotsuz təyyarəsinə müdaxilə etməyə cəhd edib.

Amerika komandanlığı bildirib ki, rusların bu cür aqressiv hərəkətləri təhlükəlidir və  qəsdən eskalasiyaya səbəb ola bilər.

Həmçinin qeyd olunub ki, ABŞ və müttəfiqlərinin təyyarələri buhadisəyə baxmayaraq beynəlxalq hava məkanında fəaliyyətini davam etdirəcək.

QAZİLER.AZ

Diaspora