Türkiyədə qırğız gəlinini doğrayan qayınatanın cəzası bəlli oldu

Türkiyədə qırğız gəlinini doğrayan qayınatanın cəzası bəlli oldu backend

Türkiyənin Tekirdağ şəhərinin Çerkezköy rayonunda iki nəvəsinin anası qırğızıstanlı Ayat Adsızı bıçaqla öldürdükdən sonra onun cəsədini hissələrə parçalayan 67 yaşlı Fehmi Adsız ömürlük həbs cəzasına məhkum edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Tekirdağın Çerkezköy rayonundakı fabrikdə çalışan Tolqahan Atsız Qırğızıstan əsilli Ayat Adsızla evlənərək anası Seher və təqaüdçü atası Fehmi Adsızla eyni evdə yaşamağa başlayıb.

Qırğızıstan əsilli, 2 uşağı olan Ayat Adsız ilə oğlunun evlənməsinə qarşı çıxan Seher və Fehmi Adsız arasında vaxtaşırı mübahisələr olub.

11 oktyabr 2021-ci ildə oğlu işdə, həyat yoldaşı və nəvəsi bayırda olarkən Fehmi Adsız gəlini ilə növbəti dəfə mübahisə edib.

Müzakirə zamanı Fehmi Adsız mətbəxdən götürdüyü bıçaqla vanna otağında olan gəlini Ayat Adsıza hücum edib. Ayət hücumdan qorunmağa çalışarkən ikisi arasında qarşıdurma yaranıb.

Fehmi Adsız gəlinini 16 yerdən bıçaqlayaraq öldürüb. Sonra mişarla qollarını və ayaqlarını kəsərək evlərinin qarşısında saxladıqları maşının yük yerində zibil torbalarına qoyub.

Fehmi Adsız hamamda gəlininin bədəninin digər hissələrini kəsə bilməmiş, həyat yoldaşı Seher Adsız evə gəlib. Ərinin onu bıçaqlayaraq öldürdüyünü deməsinin ardından Seher Adsız vəziyyəti qonşularına bildirdikdən sonra polisə məlumat verilib.

QAZİLER.AZ

Diaspora