Rusiya Ukraynada döyüşmək üçün qadın məhbusları göndərir - Hüquq müdafiəçiləri

Rusiya Ukraynada döyüşmək üçün qadın məhbusları göndərir -  Hüquq müdafiəçiləri backend

Rusiya Ukraynaya qarşı müharibədə məhbuslardan da istifadə edir. Xüsusilə, qadın məhbuslar cəbhəyə göndərilir.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu hüquq müdafiəçisi Olqa Romanova deyib.

Onun sözlərinə görə, qadınlar ölkənin cənubundakı koloniyalardan, Krasnodar diyarından aparılıb. Belə tədbirlər hələ ötən ilin sonunda Rusiya hərbi komandanlığı tərəfindən həyata keçirilməyə başlanıb.

Romanova vurğulayıb ki, söhbət yüzlərlə məhkumdan gedir.

QAZİLER.AZ

 

 

Diaspora