Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə yerli mütəxəssislərlə yanaşı, İngiltərədən də gəlmiş mühəndislər araşdırma aparır.
Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bölgədə iş görənlər dağıntıların səbəbini araşdırmaqla yanaşı, geoloji tədqiqatlar da aparırlar.
BBCnin yaydığı xəbərə görə, əldə edilən məlumatlar yıxılan bəzi binaların tikintisində keyfiyyətin aşağı olduğuna işarə edir. Lakin Adıyamanda çökən binadan götürülən beton nümunələr ingilisləri çox təəccübləndirib. Betonlarda 6 sm uzunluğunda daşlar tapılıb. Müəyyən edilib ki, daşlar yaxınlıqdakı çaydan yığılaraq beton tökmək üçün istifadə edilib.
“Bu kimi hallar betonun möhkəmliyinə ciddi təsir göstərir”, Kembric Universitetinin müəllimi Prof.Emily So deyib.
QAZİLER.AZ