Bahar gəldi, bu o deməkdir ki, Ukraynanın əks-hücumları uzaqda deyil.
Qaziler.az bildirir ki, bu barədə “Kanal 24”ə hərbi ekspert Oleq Jdanov məlumat verib.
"Çox keçməyəcək və ruslar üçün Ukrayna Silahlı Qüvvələrindən özünü müdafiə etmək çox çətin olacaq. Üstəlik, Ukrayna qoşunları artıq Xerson vilayətində rusları geri oturdur".
Jdanov qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı mümkün qədər tez, hər şey hazır olan kimi başlayacaq. "Bəzi Qərb nəşrləri ümumiyyətlə dəqiq tarix də qeyd edib: 6 və ya 8 həftə. Yeganə sual onun harada olacağıdır və bu sualın cavabını ancaq Baş Qərargah bilir", - deyə hərbi ekspert bildirib.
QAZİLER.AZ