Xəbər verdiyimiz kimi, Türkiyə, Rusiya, İran və Suriya Xarici İşlər nazirliklərinin nümayəndələrinin görüşü martın 15-16-da Moskvada keçiriləcək.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, martın 15-16-da keçiriləcək görüşdə Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar rəhbərlik edəcək.
İclasda Rusiyanı təmsil edən Prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranı təmsil edən xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və Əsəd rejiminin təmsilçisi olaraq isə xarici işlər nazirinin müavini Eymen Susan iştirak edəcək.
Xatırladaq ki, görüş Suriya mövzusuna həsr olunacaq
QAZİLER.AZ