Dağıntılar altından çıxardığı şəxsin toyunda nikah şahidi oldu, hər kəs ağladı - VİDEO

Dağıntılar altından çıxardığı şəxsin toyunda nikah şahidi oldu, hər kəs ağladı - VİDEO backend

Antakyada polis məmuru Əmir Bestami Demirtaş tərəfindən 36 saat sonra dağıntılar altından sağ çıxarılan Mehmet Tekinin toy mərasimində duyğulu anlar yaşanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kahramanmaraşda iki böyük zəlzələdən sonra Hatayın Antakya rayonunda 36 saat dağıntılar altında qaldıqdan sonra könüllü olaraq bölgəyə gələn polis məmuru Əmir Bestami Dəmirtaş tərəfindən xilas edilən Mehmet Tekin nişanlısı Dilarə Kahramanla evlənib. 

Dağıntılar altından çıxarıldıqdan sonra Manisa vilayətinə qohumlarının yanına gələn Mehmet və nişanlısı Dilarə Kahraman burada toy ediblər.

Antalyada işləyən və könüllü olaraq zəlzələ bölgəsinə gedən, 36 saat sonra Mehmet Təkini dağıntılar altından xilas edən polis məmuru Əmir Bestami Demirtaş onun toyunda nikah şahidi olub və hisslərini belə ifadə edib:

"İlk gün hadisəni eşidən kimi könüllü olaraq Antakyaya gəldik. Axtarışımız zamanı iki qardaşın səsini eşitdim. Hər iki qardaşın sağ qalması üçün əlimizdən gələni etdik. Mehmet nişanlısını soruşdu. Mənə nömrəsini verdi. Onların evləri ilə maraqlandı. Dedim, səni çıxaracağam, çıxanda özün zəng edərsən. Mən ona ümid verdim. Sonra Mehmetlə qardaşını dağıntılar altından çıxardıq. Dağıntılar altından çıxanda ilk olaraq nişanlısını soruşanda tüklərim biz-biz oldu. Ümid edirəm ki, biz birlikdə daha güclü olacağıq, toparlanacağıq".

QAZİLER.AZ

Diaspora