Türkiyə Daxili İşlər Nazirliyi şənbə günü İnterpolun qırmızı bülleteni ilə axtarışda olan təhlükəli PKK terrorçusu Hamiyyət Yalçınkayanın məhv edildiyini açıqlayıb.
QAZİLER.AZ Publika.az-a istinadən verdiyi məlumata görə, əməliyyat uğurlu alınıb.
DİN rəhbəri Süleyman Soylu bildirib ki, terrorçu Şırnakın cənub-şərqindəki Bestler-Dərələr bölgəsində məhv edilib.
"Leyla Amed" ləqəbi ilə tanınan H.Yalçınkaya terror təşkilatı sıralarında Botan bölgəsinə görə "məsul" sayılırdı.