Hesablamalara görə 5 vilayətdə 821 bina dağılıb
Türkiyənin cənub-şərqində fevralın 6-da baş verən zəlzələdən sonra 820 mindən çox bina istismara yararsızdır.
QAZİLER.AZ Axar.az-a istinadən verdiyi xəbərə görə bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum deyib.
"11 əyalətdən 5-ində dəymiş ziyanın qiymətləndirilməsini yekunlaşdırdıq. Qiymətləndirmənin nəticələrinə görə, 1 milyon 706 min binadan nəticə belədir: 821 min 302 bina dağılıb, ya da dağılmaq ərəfəsindədir", - M.Qurum bildirib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Qəhrəmanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub, 48 minə yaxın insan zəlzələ nəticəsində həlak olub.