Türkiyədə 7 yaşlı qız qripdən sonra dünyasını dəyişib

Türkiyədə 7 yaşlı qız qripdən sonra dünyasını dəyişib backend

Türkiyədə qrip infeksiyasından sonra qusma şikayəti ilə xəstəxanaya müraciət edən 7 yaşlı qız uşağı dünyasını dəyişib.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, qusma şikayəti ilə ailəsi tərəfindən özəl xəstəxanaya aparılan Mısra ilk müdaxiləsindən sonra Kocaeli Universiteti Araşdırma və Tətbiq Xəstəxanasına köçürülüb.

Sağalmağa doğru gedən qızcığazın vəziyyəti qəfil pisləşib və bu gün səhər saatlarında dünyasını dəyişib.

İlkin məlumata görə, qaraciyərində infeksiya olduğu aşkarlanan və nəticədə ürəyi dayanan Mısranın dəqiq ölüm səbəbi araşdırılır.

Ailənin tək övladı olan Mısranın mərhum İzmit Bələdiyyə Başçısı Leyla Atakanın həyatından bəhs edən "Leyla Xanım" adlı sənədli filmdə və reklamlarda rol aldığı məlum olub.

QAZİLER.AZ

Diaspora