Ərdoğanın vasitəçiliyi mümkün olmayacaq - Politoloq

Ərdoğanın vasitəçiliyi mümkün olmayacaq -  Politoloq backend

Türkiyə Ukrayna və Rusiya liderlərinin apreldə mümkün görüşünü təşkil etməyə çalışır.

Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

"Qeyd edim ki, İsrail və Səudiyyə Ərəbistanıda Ukrayna və Rusiya arasında vasitəçilik təklifi ilə çıxış edib. Ümumiyyətlə, Rusiya və Ukrayna arasında diplomatik danışıqlar mümkün görünmür. Türkiyənin vasitəçiliyi baş tutmayacaq. Rusiya beynəlxalq hüquq çərçivəsində danışıqlarda maraqlı olmadığına görə iki ölkə arasında müharibə yanlış döyüş meydanında həll ediləcək.

Ukrayna prezidenti V. Zelenski məhz V.Putinlə görüşməyəcəyini vurğulayıb. Təbii ki, V. Putin də belə bir görüşdə qəti maraqlı deyil. Ona görə də cənab Ərdoğanın vasitəçiliyi mümkün olmayacaq. Ukrayna və Rusiya arasında müharibə yaz aylarında daha da yeni mərhələyə keçəcək. Ukraynanın əks-hücumları müharibədə ciddi dönüş etməlidir. Nə Qərb, nə də Rusiya danışıqlar masası arxasına keçməyi tələsmir", - deyə politoloq bildirib.

QAZİLER.AZ

Diaspora