Finlandiyanın baş naziri Sanna Marin martın 10-da Ukraynaya gəlib. O, Kiyevdə səfərdədir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna TV2.no-ya istinadən xəbər verir.
Finlandiyanın baş naziri Sanna Marin bu gün prezident Vladimir Zelenski ilə görüşəcək.
Vladimir Zelenski və Sanna Marin birlikdə bu gün paytaxtda həlak olan Ukrayna Qəhrəmanı Dmitri Kotsyubaylo xatirəsini ehtiramla yad ediblər.
QAZİLER.AZ