Rus işğalçıları Luqansk vilayətinin müdafiəsində zəif istiqamət axtarırlar, lakin heç bir irəliləyişə nail ola bilmirlər.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bunu Luqansk vilayət hərbi administrasiyasının (LVHA) başçısı Sergey Qayday deyib.
"Luqansk vilayətində vəziyyət ardıcıl olaraq çətin olsa da, tam şəkildə Ukrayna Müdafiə Qüvvələri tərəfindən idarə olunur. Rusiya işğalçı qüvvələri hər gün müdafiədə zəif yer tapmağa çalışsalar da, onlarda heç bir irəliləyiş yoxdur", - deyə o, bildirib.
QAZİLER.AZ