Gürcüstan parlamenti "xarici agentlər haqqında" qanunu ləğv etdi

Gürcüstan parlamenti "xarici agentlər haqqında" qanunu ləğv etdi backend

Gürcüstan parlamenti “xarici agentlər haqqında” qanunu ikinci oxunuşda ləğv edib və bununla da onu gündəlikdən çıxarıb.

Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, qanun layihəsinin bir deputat yenə də “lehinə”, 35 “əleyhinə” səs verib.

Birinci oxunuşda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi üç gün əvvəl 76 səslə qəbul edilib.

Qeyd edək ki, Tbilisinin mərkəzində bu qanunun iki gün əvvəl qəbul edilməsinə görə kütləvi etirazlar xüsusi təyinatlılarla toqquşmaya çevrilib və hakim partiya ölkədə ictimai sülhü qorumaq üçün layihəni geri götürdüyünü bildirib.

QAZİLER.AZ

Diaspora