İranda daha bir SEPAH komandiri öldürülüb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, SEPAH-ın Qorve şəhər üzrə bölməsinin komandiri Məhəmməd Rza Momeni silahlı gənclər tərəfindən öldürülüb.
Xatırladaq ki, bir müddət əvvəl İsfahanın Semirom şəhərində SEPAH zabiti Mohsen Rzayi naməlum şəxslər tərəfindən öldürülüb.(oxu.az)