Gürcüstan parlamenti bu gün keçirilən plenar iclasda “xarici agentlər haqqında” (Xarici təsirin şəffaflığı haqqında) qanun layihəsini ikinci oxunuşda ləğv etməlidir.
Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, cəmi iki gün əvvəl həmin qanunun “lehinə” səs verən deputatlar əleyhinə səs verməlidirlər.
İclas yerli vaxtla saat 12.00-da olacaq, ondan əvvəl Büronun iclası keçiriləcək.
Parlament qarşısındakı mitinq saat 11.00-da toplaşmağa başlayıb.
Parlamentin iclasına bir neçə saat qalmış ABŞ Dövlət Departamenti Gürcüstanın hakim partiyasının “xarici təsir” qanun layihəsini rəsmən ləğv etməsini gözlədiyini açıqlayıb.
QAZİLER.AZ