Tbilisi, Batumi və Kutaisidə etirazlar yenidən başlayıb - VİDEO

Tbilisi, Batumi və Kutaisidə etirazlar yenidən başlayıb -  VİDEO backend

Gürcüstanda hakim partiyanın xarici agentlərlə bağlı nəzərdə tutulan qanun layihəsinin qəbulunu ləğv edəcəyinə dair vədinə baxmayaraq, bu gecə Tbilisi, Batumi və Kutaisidə etirazlar yenidən başlayıb.

Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, kütləvi aksiyalar, etirazçılarla xüsusi təyinatlılar arasında toqquşmalar fonunda hakim “Gürcü arzusu” ictimai asayişi qorumaq üçün qanun layihələrini geri götürdüyünü açıqlayıb.

Üç şəhərdə keçirilən mitinqlərdə onlar hakim partiyaya etibar etmədiklərini bildirir və qanunun qəbulunun təxirə salınmadan ləğv edilməsi üçün bütün lazımi prosedurların həyata keçirilməsini tələb edirlər. Eyni zamanda, iştirakçılar son günlər keçirilən aksiyalarda saxlanılanların hamısının azadlığa buraxılmasını tələb edirlər - Daxili İşlər Nazirliyinin məlumatına görə, bu, 133 nəfərdir.

Tbilisidə yenə xeyli insan aksiyaya çıxıb - parlamentin qarşısındakı ərazi tamamilə dolub.

Qeyd edək ki, ötən gecə etirazçılarla xüsusi təyinatlılar arasında toqquşmalar olub.

QAZİLER.AZ

 

Diaspora