Sosial şəbəkələrdə yayılan videoda rusiyalılar tərəfindən güllələnən ukraynalı hərbçinin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.
Qaziler.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində prezident aparatının rəhbəri Andrey Yermak deyib.
Xatırladaq ki, martın 6-da sosial şəbəkələrdə işğalçılara əsir düşən ukraynalı əsgərin “Yaşasın Ukrayna!” dediyi video yayılmağa başlayıb. Bu sözlərdən dərhal sonra işğalçılar ukraynalı hərbçini güllələyiblər.
Video yayımlanandan sonra 30-cu briqada bildirib ki, bu, onların döyüşçüsü Timofey Şaduradır. Lakin müdafiə nazirinin müavini Anna Malyar qeyd edib ki, bu, ilkin məlumatdır və ölənin dəqiq şəxsiyyəti hələ də müəyyənləşdirilir.
QAZİLER.AZ