Təxminən 2 aya yaxındır Türkiyənin müxtəlif vilayətlərində müşahidə olunan SAT-2 tipli ayaq-ağız virusu ilə əlaqədar ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi hərəkətə keçib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, nazirlik heyvanlar arasında bu xəstəliyin yayılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər görür.
Görülən tədbirlərlə yanaşı idxal, ixrac və kəsim məqsədləri istisna olmaqla, bütün heyvanların hərəkəti qadağan edilib. Belə ki, ölkə daxilində heyvan bazarları da bağlanıb. Nazirliyin tətbiq etdiyi qaydalara əməl etməyənlərə isə pul cəzası kəsiləcək.
QAZİLER.AZ