BMT-nin baş katibi Antonio Quterreş Ukraynanın paytaxtına rəsmi səfərə gəlib. O, Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Tagesschau-ya istinadən xəbər verir.
Nəşrin məlumatına görə, BMT-nin baş katibi Kiyevə martın 8-nə keçən gecə gəlib. Bu, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Antonio Quterreşin Ukraynaya üçüncü səfəridir.
QAZİLER.AZ