Gürcüstan müxalifəti “xarici agentlər” haqqında qalmaqallı qanuna görə yeni mitinqlər elan edib.
Parlament binası yaxınlığında yenidən etiraz aksiyaları keçiriləcək.
Qaziler.az bildirir ki, bu barədə müxalif Mtavari telekanalı xəbər verir.
Sözügedən bəyanatla Vahid Milli Hərəkatın keçmiş lideri Nik Melia çıxış edib.
Müxalifət lideri bildirib ki, onlar qələbə qazanana qədər etiraz aksiyaları davam edəcək.
Xatırladaq ki, dünən Gürcüstan parlamenti “xarici agentlər” adlandırılan və müxalifətin qeyd etdiyi kimi, "əslində Rusiya qanununun surəti" olan qalmaqallı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Parlamentin qərarından sonra Tbilisidə kütləvi etiraz aksiyaları başlayıb. Etirazçılar parlament binasına yaxınlaşıblar. Lakin gecə saatlarında təhlükəsizlik qüvvələri etirazçıları dağıdıb. Polis gözyaşardıcı qazdan istifadə edib.
QAZİLER.AZ