Türkiyədə zəlzələdə həlak olanların sayı 46 min 104-ə çatıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
O qeyd edib ki, axtarış-xilasetmə işləri zəlzələnin 10-cu günündə bitmişdir.
Ərdoğanın sözlərinə görə, 230 min bina zəlzələ zamanı dağılıb və ya istifadəsiz hala gəlib.
Türkiyə lideri 2 ay ərzində 100 min konteyner evin inşa edilməsinin gözlənildiyini də vurğulayıb.