Qaziantepdəki tarixi məscid zəlzələyə tab gətirə bilməyib - FOTO

Qaziantepdəki tarixi məscid zəlzələyə tab gətirə bilməyib - FOTO backend

Türkiyədə baş verən zəlzələlərdən zərər çəkən Qaziantepdə 1892-ci ildə "Valide Meryem Kilsəsi" olaraq tikilən və bir müddət həbsxana olaraq istifadə edildikdən sonra 1960-cı ildə məscidə çevrilən Qurtuluş Məscidi şəhərin görməli yerlərindən biri olub.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, tarixi abidə baxımından şəhərə gələn yerli və xarici turistlərin diqqətini çəkən məscid zəlzələlərdə zərər çəkən yerlərdən biri kimi qeydə alınıb.


Zəlzələnin təsiri ilə günbəzi uçan məscidin minarələri də qismən zədələnib. Girişi bağlı olan binanın ilkin formasına uyğun bərpa ediləcəyi bildirilib.

QAZİLER.AZ

Diaspora