Gürcüstan parlamentində qalmaqallı qanunun müzakirəsi zamanı ƏLBƏYAXA DAVA - VİDEO

Gürcüstan parlamentində qalmaqallı qanunun müzakirəsi zamanı  ƏLBƏYAXA DAVA - VİDEO backend

Gürcüstan parlamenti bu gün “xarici agentlər” haqqında qalmaqallı qanun layihəsinə baxır. Anti-Avropa sənəd hesab edilən bu qanun layihəsinin müzakirəsi zamanı deputatlar əlbəyaxa dava ediblər.

Qaziler.az bildirir ki, bu barədə  “Georgia Online” xəbər verir.

Bu gün Gürcüstan parlamentinin hüquq məsələləri üzrə komitəsi “agentlər” adlanan iki qanun layihəsini müzakirəyə başlayıb. Müxalifət deputatları, xüsusən də Vahid Milli Hərəkatı üzvləri hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri ilə mübahisələr edib.

Gürcüstan parlamentinin binası qarşısında qalmaqallı qanunun müzakirəsi zamanı fəallar sənədin qəbuluna qarşı aksiya keçiriblər. Müxalifətçilər dəstək əlaməti olaraq parlamentin pəncərələrindən Gürcüstan və Avropa İttifaqının bayraqlarını asıblar.

QAZİLER.AZ

Diaspora