Sergey Şoyqu Mariupola gedib - FOTO

Sergey Şoyqu Mariupola gedib - FOTO backend

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Mariupolda döyüşən hərbi hissələrə baxış keçirib.

Fevralın 24-də bir illik dövrü geridə qoyan Rusiya ilə Ukrayna arasında müharibə davam edir.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, yaz aylarında daha da şiddətlənəcəyi bildirilən müharibədə Rusiya hücuma hazırlaşır.

Bu çərçivədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Mariupoldakı qoşunların döyüş hazırlığın yoxlayıb.

Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, nazir Şoyqu “Xüsusi hərbi əməliyyat” zonasında Cənubi Donetsk istiqamətində “Şərq” hərbi hissələrin irəli komandanlıq məntəqəsinə baxış keçirib və hərbi hissə komandiri, general-leytenant Rüstəm Muradov və digər zabitlərdən mövcud vəziyyət və hərbi hərəkətlər barədə məlumat alıb. 

Bundan əlavə, nazir Şoyqu bəzi əsgərləri medallarla təltif edib.

QAZİLER.AZ

Diaspora