Bu ölkədə söyüş söyənləri ağır cəza gözləyir

Bu ölkədə söyüş söyənləri ağır cəza gözləyir backend

Prezident Tokayev tərəfindən təsdiqlənən qanuna edilən düzəliş cərimə və həbsi əhatə edir. 

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Qazaxıstan Prezidenti Kasım Cömert Tokayevin təsdiqi ilə bu gündən etibarən bu ölkədə söyüş söyənlərə veriləcək cəzalar ağırlaşdırılacaq. Bu çərçivədə yenilənmiş İnzibati Xətalar Qanunu qüvvəyə minib.

Bundan sonra ictimai yerlərdə söyüş söyən, təhqir edən, təhqir edənlər sərt şəkildə cəzalandırılacaq.

Cəzaya ictimai binalara və yaşayış yerlərinə ziyan vuranlar, habelə ictimai nəqliyyat vasitələrinə zərər vuran, ictimai yerlərə hörmətsizlik edən, ictimai asayişi və insanların dincliyini pozanlar daxildir.

Qazaxıstan prezidenti Tokayev yanvarın 3-də “İnzibati xətalar haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Bu yolla Astana rəhbərliyi sosial sülh və asayişi təmin etməyi hədəfləyir.

QAZİLER.AZ

Diaspora