Çavuşoğlu: “İlk dəstək təklifi edənlər arasında ən az inkişaf etmiş ölkələr oldu”

Çavuşoğlu: “İlk dəstək təklifi edənlər arasında ən az inkişaf etmiş ölkələr oldu” backend

Nazir konfransda iştirak edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dohada keçirilən 5-ci Ən Az İnkişaf etmiş Ölkələr Konfransında iştirakçılara müraciət edib.

QAZİLER.AZ APA -ya istinadən bildirir ki, Çavuşoğlu Türkiyənin Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində dərin kədər içində olduğunu ifadə edib:

“Fevralın 6-da Türkiyənin cənub-şərqində iki zəlzələ baş verdi, millətimiz bu gün dərin hüzn içərisindədir. Bununla belə, səmimi formada edilən beynəlxalq həmrəylik ürəyimizi isitdi, bizə güc verdi. Ən qaranlıq günlərdə dəstək və həmrəylik təklif edən ilk ölkələr arasında ən az inkişaf etmiş ölkələr oldu. Biz bilirik ki, bu yardım əli bəzi hallarda əhəmiyyətli bir fədakarlıqdır. Türk milləti bunu heç vaxt unutmayacaq. Zəlzələlərdən sonra həmrəyliyiniz bir daha göstərdi ki, siz mənən ən çox inkişaf etmiş və səxavətlisiniz. Türkiyədəki qardaşlarınız sizə təşəkkür edir

 

 

Diaspora