İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə müzakirələrə başlayır

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə müzakirələrə başlayır backend

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə müzakirəliri davam etdirmək niyyətindədir.QAZİLER. AZ APA-ya istinadən xəbər verir ki, BAEA-nın baş direktoru Rafael Qrossi İranın bu vədlərini alqışlayıb.

Tehran və agentlik həmçinin Fordodakı nüvə obyektində 83,7% - ə qədər zənginləşdirilmiş uran hissəciklərinin mənşəyi məsələsini tam aydınlaşdırmaq üçün texniki müzakirələrə başlayıblar.

İran həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlama və monitorinq fəaliyyətlərini həyata keçirməsinə icazə vermək niyyətindədir.

Qeyd olunub ki, gələcək müzakirələr zamanı şərtlər razılaşdırılacaq.

Bu məsələ ilə bağlı texniki görüş yaxın vaxtlarda Tehranda keçiriləcək.

 

 

Diaspora