Moskvanın Danilovski rayonunda məşhur London qülləsi - "Foster xiyar"ı ilə rəqabət apara biləcək yeni göydələnin görünüşü barədə paytaxtın Memarlıq Şurasının saytında məlumat verilib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, yeni yaşayış kompleksində Premier Tower-in hündürlüyü 207 metr olacaq.
Layihəyə əsasən, qüllə orta hissədə genişlənir, yuxarıda daralır.
Moskva Memarlıq Şurası bildirib ki, göydələndən ibarət olan Paveletskaya City yaşayış kompleksinin infrastrukturu “şaquli şəhər” prinsipi əsasında qurulacaq.
QAZİLER.AZ