Nikol Paşinyan uzun illər Ermənistan cəmiyyətində formalaşmış siyasi düşmənçiliyin üzərindən xətt çəkməyi özünün fiziki olaraq məhvində də çəkinir.
Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
"Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyada Azərbaycanın qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıdığını və Praqada imzalanan Alma-Ata bəyannaməsinə uyğun olaraq vurğuladı. Həmçinin Azərbaycanla sülh sazişinə imza atmağa hazır olduğunu bəyan etdi.
Azərbaycan da Ermənistanla sülh müqaviləsinin bağlanmasına çalışır. Amma Ermənistan prosesindən yayınır. Ermənistan Baş naziri siyasi danışıqlarda müsbət açıqlamalar verir. Amma, praktiki olaraq real addımlar atmır. Buna əsas səbəb daxili və xarici faktorlar. N. Paşinyan uzun illər Ermənistan cəmiyyətində formalaşmış siyasi düşmənçiliyin üzərindən xətt çəkməyi özünün fiziki olaraq məhvində də çəkinir.
N. Paşinyan deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi Bakıda Ermənistanın ərazisini tanıyır. Qarabağı bu məsələdən çıxarıb. Azərbaycan və erməni xalqının eyni mədəniyyətə malik olduğunu qeyd etdi. Bu, Ermənistan cəmiyyətinə ünvanlanıb və N. Paşinyan sülhə müqaviləsində istəkli görünür. Amma, Fransa, İran və Rusiya prosesi pozur", - politoloq bildirib.
QAZİLER.AZ