Kuleba Blinkenlə Rusiya üçün xüsusi tribunalın yaradılmasını müzakirə edib

Kuleba Blinkenlə Rusiya üçün xüsusi tribunalın yaradılmasını müzakirə edib backend

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya üçün xüsusi tribunalın yaradılması ilə bağlı növbəti addımları müzakirə edib.

Qaziler.az bildirir ki, bu barədə  xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb.

Blinken G20 sammitində müzakirələr barədə Kulebaya məlumat verib.

Nazir öz növbəsində Ukraynaya qarşı təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılması istiqamətində gələcək addımlar barədə ətraflı danışıb: "Növbəti böyük vəzifəmiz Rusiya rəhbərliyinin məsuliyyətini təmin etməkdir. Koordinasiyalı səylər əsasdır".

QAZİLER.AZ

 

Diaspora