Rusiya 5000 zirehli texnikasını itirib: Britaniya kəşfiyyatı səbəblərdən birini açıqladı

Rusiya 5000 zirehli texnikasını itirib: Britaniya kəşfiyyatı səbəblərdən birini açıqladı backend

Rusiya Ukrayna ilə müharibədə 5000 zirehli texnikasını itirib. Səbəblərdən biri sənaye miqyasında mühafizə sistemlərinin istehsal oluna bilməməsidir.

Qaziler.az  RBC-Ukrayna-ya istinadən bildirir ki,  bu barədə Britaniya Müdafiə Nazirliyi Twitter-də məlumat yayıb.

Hesabatda qeyd edilir ki, Ukraynadakı müharibəyə baxmayaraq, Rusiyanın müdafiə müəssisələri öz məhsullarını iri beynəlxalq silah sərgilərində nümayiş etdirməkdə davam edirlər.

“Bu, çox güman ki, Rusiya sənayesinin geniş miqyasda yüksək texnoloji sistemlər istehsal edə bilməməsi ilə bağlıdır - bu problem beynəlxalq sanksiyaların təsiri ilə daha da dərinləşir”, - Britaniya Müdafiə Nazirliyi bildirib.

QAZİLER.AZ

 

 

Diaspora