TBMM Kahramanmaraşda baş verən zəlzələnin nəticələrinin araşdırılması üçün komissiya yaradıb

TBMM Kahramanmaraşda baş verən zəlzələnin nəticələrinin araşdırılması üçün komissiya yaradıb backend

Türkiyə Böyük Millət Məclisinin (TBM) Baş Assambleyasında Kahramanmaraşda baş verən zəlzələlərin nəticələrini araşdırmaq üçün Araşdırma Komissiyasının yaradılması təklifi yekdilliklə qəbul edilib.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Diaspora