Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, gələcəkdə Ukrayna ordusuna tədarük edilən NATO təyyarələrinə Polşada xidmət göstəriləcək, bu, Şimali Atlantika Alyansının birbaşa Rusiyaya qarşı müharibəyə girməsi olacaq.
Qaziler.az bildirir ki, bu barədə Medvedev Telegram kanalında yazıb.
Dmitri Medvedev martın 2-də Bryansk vilayətində baş verən hadisələrə sərt reaksiya verərək ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makronu, eləcə də Almaniya kansleri Olaf Şols və Böyük Britaniyanın baş naziri Rişi Sunakı “terrorçuların birbaşa ortaqları” adlandırıb.
QAZİLER.AZ