Yaşlı ər-arvad zəlzələyə evlərində yaxalanmışdılar.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 84 yaşındakı ər arvadını dağıntılar altından necə çıxardığını danışaraq: "O olmasa mən yaşaya bilmərəm", - deyir.
Zəlzələ zamanı Kundakçı ailəsi Göksun rayonundakı evlərində olublar.
Həyat yoldaşını evdən çıxarmaq üçün mübarizə aparan 84 yaşlı kişinin: "o, mənim canımdan artıqdırr, onsuz yaşaya bilmərəm" - deməsi onsanları duyğulandırıb.
Dəhşətli zəlzələ zamanı yaşlı adam dağılan evdə qalan arvadını çox çətinliklə, sürünərək əlindən dartıb çıxardığını bildirir.
İkinci zəlzələdə dağılan evlərindən çıxmağı bacaran yaşlı cütlük universitet tələbəsi qardaşı və bacısı oğullarının və xeyriyyəçilərin dəstəyi ilə Ankaraya gətirilib.
79 yaşlı Fatma Kundakçı xəstəxanada müalicə alır, 83 yaşlı Mahmud Kundakçı onu xəstəxanada da tək buraxmır.
Onların 6 övladı olsa da uşaqları onların yanında yaşamır.
QAZİLER.AZ