Türkiyədə zəlzələdən zədələnən binaların borcları silinəcək

Türkiyədə zəlzələdən zədələnən binaların borcları silinəcək backend

“Fevralın 6-dan etibarən zəlzələ bölgəsində dağılmış, söküləcək, ağır zədələnmiş, orta dərəcədə zədələnmiş binaların bütün keçmiş borclarını ləğv edirik”.

Qaziler.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan AK Partiya Qrup Toplantısında zəlzələ ilə bağlı mühüm açıqlamalar verərkən deyib. Zəlzələdən zərərçəkənlərə ediləcək yardımlara toxunan Ərdoğan Fəlakətlərin Bərpası Fondunun yaradılacağını bildirib:

“Fevralın 6-dan etibarən zəlzələ zonasında dağılmış, söküləcək, ağır zədələnmiş, orta dərəcədə zədələnmiş binaların bütün keçmiş borclarını ləğv edirik. Zəlzələnin ən dağıdıcı təsirlərinin yaşandığı Kahramanmaraş, Malatya, Adıyaman və Hatay vilayətlərində, Qaziantepin İslahiye və Nurdağı rayonlarında elektrik və təbii qaz ödənişlərinin verilməsini 3 ay təxirə salırıq”.

QAZİLER.AZ

Diaspora