İtən pişiyini yuxusunda gördü... - FOTO

İtən pişiyini yuxusunda gördü... - FOTO backend

Qazipaşada itən pişiyinə 10 min TL mükafat qoyan Kaan Deniz Ergün bir həftədir itkin düşən pişiyini dünən gecə yuxusunda gördüyü yerdə tapıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bir həftə əvvəl Antalyanın Gazipaşa səmtindəki Qazi Mahallesi 15 İyul Parkının yanındakı evindən itən 'Duman' adlı pişiyi axtarmağa başlayan Kaan Deniz Ergün bütün axtarışlara baxmayaraq xəbər ala bilmədiyini bildirib. 

6 ildir gözü kimi baxdığı pişiyini tapanlara 10 min TL mükafat vəd edən Ergünün bütün səylərinə baxmayaraq pişik tapılmayıb.

Pişik sahibi Ergün yuxusunda pişiyini gördüyü yerə gedib, pişiyini axtarıb və tapdığını bildirib.

Çox xoşbəxt olduğunu bildirən Ergün:

"Pişiyim bir həftə əvvəl yoxa çıxdı. Hər yeri axtardıq heç bir nəticə əldə edə bilmədim. Hətta pişiyimi tapana 10 min TL mükafat verəcəyimi açıqladım. Pişiyimdən xəbər almadığımız üçün üzüldüm, amma dünən gecə yuxu gördüm və səhər yuxudan duran kimi yuxuda gördüyüm yerə getdim. Pişiyimi orada tapdım. Onu orada görəndə çox sevindim. Digər pişiklər ona hücum etmişlər, onu çox pis vəziyyətdə tapdım. Normalda çox itaətkar pişik idi, indi çox qorxduğu üçün əsəbidir. O çölə çıxa bilmir, amma mən hələ də onu tapdığım üçün çox şadam", - deyib.

QAZİLER.AZ

Diaspora