İran iki alman diplomatı ölkədən çıxarır

İran iki alman diplomatı ölkədən çıxarır backend

 İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani  deyib ki, İran hakimiyyəti Berlinin Tehranın daxili işlərinə qarışması ilə əlaqədar iki alman diplomatı persona non-qrata elan edib.

Qaziler.az bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Telegram kanalında dərc olunan açıqlamada deyilir.

“Nasir Kənani Almaniya hökumətinin İran İslam Respublikasının daxili və məhkəmə işlərinə  müdaxiləçi və məsuliyyətsiz hərəkətlərindən sonra iki alman diplomatın ölkədən çıxarılmasını elan edib”, - deyə bəyanatda bildirilir.

O qeyd edib ki, İran bu cür müdaxilələrə qarşı qətiyyətlə hərəkət edəcək.

QAZİLER.AZ

 

Diaspora