TRT-nin Hatayda çalışan müxbiri Həsən Yetmez zəlzələnin 15-ci saatında hər kəs öz canının hayında olarkən suriyalı gənclərin onu dağıntılar altından necə xilas etdiyini danışıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 15 saat dağıntılar altında qalan müxbir bunları deyib:
"15 saat dağıntılar altında qalmışdım. Qışqırır köməyə çağırırdım. Lakin hər kəs öz canının hayında olduğundan heç kim eşitmirdi. Uşaqlarını da götürüb qaçırdılar.
Orada suriyalı gənclər var idi. Ərəb dilini bildiyim üçün onlarla dialoq apardım. Onların sayəsində xilas oldum.
Onlar məni dağıntılar altından çıxardıqdan sonra Hatay Araşdırma Xəstəxanasına aparıblar. 24 saatdan sonra Adanaya göndərdilər. Allaha şükür, yaxşıyam. Allah bütün dostlarımdan, qohumlarımdan, mənim üçün dua edən hər kəsdən razı olsun”.
QAZİLER.AZ