Zəlzələdə aşan minarə binanı ikiyə böldü - FOTO - VİDEO

Zəlzələdə aşan minarə binanı ikiyə böldü -  FOTO - VİDEO backend

Adıyamanda baş verən zəlzələ nəticəsində zərər çəkən məscidin minarəsi aşaraq binanı ikiyə bölüb. Uçmuş binada olan 7 yaşlı uşaq dünyasını dəyişib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, minlərlə binanın dağıldığı, 45 mindən çox insanın həyatını itirdiyi fəlakətin yeni görüntüləri gəlməyə davam edir.

Bu dəfə görüntülər zəlzələnin vurduğu Adıyamandandır.

Çoxlu binanın dağıldığı şəhərdəki Gölbaşı Abdullah Günaydın məscidi də yeraltı təkanlardan zərər çəkib.

Məscidin minarəsi yan tərəfdəki 3 mərtəbəli binanın üzərinə düşüb. 

Dağıntı nəticəsində mənzildə olan 7 yaşlı uşağın dağıntılar altında qalaraq öldüyü bildirilir.

QAZİLER.AZ

 

Diaspora