Baxmuta əlavə qüvvələr göndərilib, şəhərdə vəziyyət ağır və gərgindir

Baxmuta əlavə qüvvələr göndərilib, şəhərdə vəziyyət ağır və gərgindir backend

Baxmutda Ukrayna Silahlı Qüvvələrinə əlavə qüvvələr göndərilib və şəhərin saxlanılması qərarı strateji xarakter daşıyır.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə  telemarafonun efirində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

"Quru Qoşunlarının komandanı Aleksandr Sırski bu yaxınlarda şəhərə səfəri zamanı oraya əlavə qüvvələrin göndərilməsinə qərar verib”, - məlumatda deyilir.

Malyar bildirib ki, Baxmutun özündə vəziyyət mürəkkəb və gərgindir. Rusiya hərbçiləri Donetsk bölgəsini tamamilə işğal etmək üçün əsas qüvvələrini ora cəmləyib.

Onun sözlərinə görə, Baxmutu saxlamaq qərarı siyasi deyil, sırf hərbidir.

QAZİLER.AZ

Diaspora