kollec tələbəsi atasını öldürdüyünə və anasına bıçaqla hücum etdiyinə görə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qaziler.az rusiya mətbuatına istinadən bildirir ki, hadisə Tatarıstanda baş verib.
Naberejnıye Çelnı şəhərinin 22 yaşlı sakini oğurluq, 62 yaşlı atansını öldürmək və 61 yaşlı anasına bıçaqla xəsarət yetirməkdə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Lente.ru-ya Rusiya İstintaq Komitəsinin Tatarıstan Respublikası üzrə rəsmi nümayəndəsi Andrey Şeptitski məlumat verib.
İstintaqın məlumatına görə, 2022-ci ilin yayında Kazandakı kolleclərdən birində təhsil alan oğul tətil üçün valideynlərinin yanına gəlib. Avqustun 3-ü axşam saatlarında atası evdən iki televizorun yoxa çıxdığını görüb. Məlum olub ki, oğul onları bukmeker kontorlarında mərc etmək üçün lombarda təhvil verib. Ata və oğulun mübahisəsi davaya çevrilir. Nəticədə oğul atasını bıçaqlayaraq öldürüb, bu zaman evə qayıdan anasına da bıçaqla xəsarət yetirib.
Gənc oğlan onun qarnına bıçaq zərbəsi endirib, bundan sonra valideynlərinin kartını götürərək oradan yarım milyon rubl çıxarıb. Daha sonra o, yaralı anasını maşınla xəstəxanaya aparıb və qaçmağa çalışsa da, polis tərəfindən saxlanılıb.
QAZİLER.AZ