Kayseridə iki zəlzələ baş verib - VİDEO

Kayseridə iki zəlzələ baş verib - VİDEO backend

Türkiyənin Kayseri şəhərinin İncesu rayonunda yerli vaxtla saat 18:16-da baş verən 4,4 bal gücündə zəlzələdən sonra saat 19:59-da daha 4 bal gücündə zəlzələ baş verib.

Fevralın 6-da Kahramanmaraşmərkəzli iki dəhşətli zəlzələdən sonra bölgədə təkanlar davam edərkən bu gün Kayseridə də zəlzələ baş verib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, AFAD Kayserdə baş verən zəlzələnin 4,4 bal gücündə olduğunu açıqlayıb.

Episentri İncesu rayonu olan zəlzələ saat 18:16-da 7 kilometr dərinlikdə qeydə alınıb.

AFAD saat 19.59-da daha 4 bal gücündə zəlzələ olduğunu açıqlayıb.

İncesu rayonunda yenidən baş verən zəlzələ 6,98 kilometr dərinlikdə baş verib.

QAZİLER.AZ

Diaspora