Yeni təhlükəsiz evlər tikilir
Prezident Rəcəb Tayyib Ərdoğan, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və BBP sədri Mustafa Destiçi Qəhrəmanmaraş, Elbistan və Afşin rayonlarına səfər ediblər. Prezident Ərdoğan Elbistanda çıxışı zamanı deyib: “Bölgədə elektriklə bağlı heç bir problem yoxdur. Həmçinin təbii qaz və su ilə bağlı problemlər də xeyli dərəcədə həll olunub”. “Bir neçə ay ərzində zəlzələ bölgəsində kənd evləri də daxil olmaqla 309 min evin tikintisinə başlayırıq”, - deyə Ərdoğan bildirib.
Ərdoğan Afşində verdiyi açıqlamada: “Bu gündən etibarən təbii fəlakətdən zərər çəkənlərə 15 min lirə ödəməyə başlayırıq”.
Xatırladaq ki, fevralın 6-da episentri Kahramanmaraşda qeydə alınan 7.6 və 7.7 ballıq zəlzələdə on minlərlə insan evsiz-eşiksiz qaldı. Yerli sakinlər, iş adamları dövlətə dəstək verərək zərərçəkmişlərin yerləşdirilməsinə yardım etdilər.
QAZİLER.AZ