Türkiyənin Əskişəhərində yerləşən, 1986-cı ildə inşa edilən məscid ətrafında tikilən binaların arasında sıxışıb qalıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, məhəllə sakinləri tərəfindən inşa edilən məscid 7 mərtəbəli iki binanın ortasında qalaraq görünməz olub.
Minarələrin hündürlüyü boyunda olan binaların məscidlə bütünləşməsi ortaya qəribə bir görüntü çıxarıb. Qarşısından keçənlər isə məscidi görüb təəccüblərini saxlaya bilmirlər.
Hətta namaz qılmaq üçün məhəlləyə gələnlərin məscidi tapmaqda çətinlik çəkdikləri bildirilir. Sakinlər deyir ki, məscid ətrafındakı binalardan çox əvvəl tikilib.
QAZİLER.AZ