Zəlzələdən ağaclar torpağa girdi! "Atom bombası atılan kimi"

Zəlzələdən ağaclar torpağa girdi! "Atom bombası atılan kimi" backend

Zəlzələ çox güclü olub

Zəlzələlər Hatay şəhərinin Defne rayonundakı zeytun bağında 25 metr dərinliyə çatan dərin yarıqlar əmələ gətirib. Dalğanın gücü ilə bağ ikiyə bölünərək 100 metr irəli sürüşüb.

Zəlzələlər nəticəsində Dəfnə bölgəsində Toygarlı Məhəlləsində 12 hektarlıq zeytun bağında 20-25 metr dərinlikdə yarıqlar əmələ gəlib. Ortadan iki yerə bölünən bağ 100 metr irəli sürüşüb. Şam ağacları yıxılıb, torpağa girib. Bağın sahibi Serdal Özçelik: “Min zeytun ağacı var idi. İldə 15-20 ton zeytun yağı istehsal edirik. Zəlzələdən sonra sahəmiz 100 metr irəliyə sürüşdü. İki hissəyə bölündü. Çox təəssüf ki, çətin vəziyyətdəyik”.

Zəlzələ zamanı evlərinin də böyük ziyan gördüyünü izah edən Özçelik “Çox sarsıldıq, qorxduq. Birinci zəlzələ olanda gəlib baxdıq, hər şey belə deyildi. Çat kiçik idi. ikinci zəlzələdə isə ərazi tam dağılmışdı.  Normalda burada kiçik bir cığır olardı və o, dağılıb.  

Bağçaya baxmağa gələn rayon sakini Mehmet Zabunoğlu: “Zəlzələ çox güclü olub. Sanki atom bombası düşmüş kimi hər yer dağılıb".

 

QAZİLER.AZ

Diaspora